“Xəzər Lənkəran”ın növbəti sınaq matçının vaxtı müəyyənləşib.
Korner.az–ın məlumatına görə, təmsilçimiz növbəti oyununa iyulun 18-də çıxacaq. Cənublular həmin gün Sloveniya təmsilçisi ilə oynayacaq. Konkret rəqiblə bağlı məlumat verilmir. Sadəcə, “Mura”nın mümkün ehtimallardan biri olduğu göstərilir. Rəqibin bu gün müəyyənləşəcəyi gözlənilir.
Xatırladaq ki, “ağ yaşıllar” ay fasiləsində ilk yoxlama görüşünü “Karpatı”ya qarşı keçirib və 2:1 hesablı qələbə qazanıb