“Xəzər Lənkəran” klubunun təlim-məşq toplanışının vaxtında dəyişiklik edilib.
Korner.az-ın məlumatına görə, Türkiyənin Ərzurum şəhərində hazırlıq keçəcək “ağ-yaşıllar” səfərə iyunun 24-də deyil, bundan 2 gün tez yollanacaqlar.
Cənub təmsilçisi komanda ən uca dağ yüksəkliyi yamacında yerləşən “Xanadu Snow White” otelində toplaşacaq. İki həftəlik toplanış müddətində hazırlıq prosesi haqqında mütəmadi olaraq “Xəzər Lənkəran” TV vasitəsilə video süjetlər, müsahibələr təqdim olunacaq.