Xayme Romero məşqlərə başladı
17.10.2019 , 15:45
“Qarabağ”ın futbolçusu Xayme Romero komanda ilə birgə məşqlərə başlayıb.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi Ağdam klubunun ötən gün keçirdiyi məşqdə kollektivlə birgə hazırlaşıb.
Xatırladaq ki, “Zirə” ilə oyunda zədələnən futbolçu Avropa Liqasında “Düdelanj”la matçı buraxmışdı.