"Neftçi"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi İtaliya "İnter"i A seriyasının son turunda "Roma"ya məğlub oldu – 1:3. Korner.az-ın məlumatına görə, komandanın kapitanı Xavier Zanetti bu məğlubiyyətə belə şərh verib:
"Öz meydanımızda oynadığımız oyunu düzəltməliyik. Heyyətdə çox dəyişiklik oldu və işlərin ilk gündən çətin keçməsi normaldı. Öz meydanımızda azarkeşlərimizə ən yaxşı oyunu sərgiləməliyik."
