“Barselona”nın keçmiş futbolçusu Xavi Hernandez sevimli klubuna qayıtmaq istəyir
Korner.az-ın məlumatına görə, hazırda Qatarın “Əl Sədd” klubunun formasını geyinən futbolçu bu istəyini gizlətməyib.
FİFA-nın rəsmi saytına danışan təcrübəli yarımmüdafiəçi məqşçilik kurslarına başladığı bildirib:
“Futbolda olmaq mənə xoşdu. Oyunda iştirak etmək üçün həvəsim böyükdü. Artıq məşqçiliyin sirrlərini öyrənməyə başlamışam. Ümid edirəm ki, bir gün “Barselona”ya qayıdacam. Məqsədim budu”