Xabi “Liverpul”u çalışdıracaq?
29.02.2024 , 22:57

“Liverpul” mövsümün sonunda komandadan ayrılacağını açıqlayan baş məşqçi Yurgen Kloppa üçün əvəzləyici tapıb.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi bu posta “Bayer”in çalışdırıcısı Xabi Alonsonu namizəd bilir.
Premyer Liqa klubu onunla artıq danışıqlara başlayıb.
Klub rəhbərliyinin ispan mütəxəssisə 3 illik müqavilə təklif etdiyi bildirilir.
