Ölkəmizi Çempionlar Liqası turnirinə təmsil edəcək "Neftçi" Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirir. Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisinin yeni transferi Julius Vobay klubun rəsmi saytına açıqlamasında komandaya uyğunlaşdığını deyib.
"Neftçi"də gördüyüm mehribanlıq və səmimiyyət mənim üçün çox vacibdir. Belə olan halda uğur qazanmaq da asanlaşır. Hazırlıq mərhələsində çəkdiyimiz zəhmətin bəhrəsini rəsmi oyunlarda görəcəyik. İnanıram ki, Çempionlar Liqasında uğurla çıxış edib, azarkeşlərimizi sevindirəcəyik".
