"Azərbaycan futbolundakı reallıqları nəzərə alınaraq doğru qərarlar verilərsə, işlər daha gözəl olar"
"Neftçi"nin Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmasından xəbərim var və bu münasibətlə azərbaycanlı futbolsevərləri təbrik edirəm. Vacib bir uğurdur. Bundan sonra daha irəlilərə getmək lazımdır".
Bu sözləri Korner.az-a "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Cüneyt Biçər deyib. Türkiyəli mütəxəssis H qrupunda İtaliyanın "İnter", Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" ilə birgə mübarizə aparacaq "Neftçi"nin şanslarını dəyərləndirdi:
"Önəmli olanı "Neftçi" etdi. Hər şey bir anda baş vermir. Bu il oynayıb təcrübə qazanmaq önəmlidir. Qarşıdakı illərdə isə qrup mərhələsinə vəsiqə qazanmaq vacibdir. Ən vacibi isə işi düzgün görməkdir. İndiki halda "Neftçi" işinin öhdəsindən gəldi. Azərbaycan futbolundakı reallıqları nəzərə alınaraq doğru qərarlar verilərsə işlər daha gözəl olar. Bundan əmin ol!"
