Əvəzedici heyətlərin Azərbaycan çempionatında 30-cu turun oyunlarına hakim təyinatları açıqlanıb. Korner.az-ın məlumatına görə, "Rəvan"-"Xəzər Lənkəran" və "Sumqayıt"- "Turan" matçları xanım hakimlərə tapşırılıb.
27 aprel (cümə)
"Bakı" – "Kəpəz"
Hakimlər: Rəşad Aydınov, Mahir Alferinov, Maqsud Şıxəliyev, Mahir Məmmədov
Hakim-inspektor: Sakin Məmmədzadə
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 16:00
"Rəvan" – "Xəzər Lənkəran"
Hakimlər: Səbayel Qurbanova, Ülviyyə Mustafayeva, Rasim Əhmədov, Nihad Xəlilov
Hakim-inspektor: Abdulla Məmmədov
"Şəfa" stadionu. 4-cü meydança. Saat 16:00
"Sumqayıt" – "Turan"
Hakimlər: Venera Kahriç, Maya Nəbiyeva, Balabəy Ağayev, Anar Heydərov
Hakim-inspektor: Vaqif Davudov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 15:00
28 aprel (şənbə)
"Qəbələ" – "İnter"
Hakimlər: Teymur Fərhadov, Həsən Babayev, Vüsal Qənbərov, Elgün Hüseynov
Hakim-inspektor: Eldar Qasımov
Qəbələ şəhər stadionu, ehtiyat meydança. Saat 16:00
"Neftçi" – AZAL
Hakimlər: Ceyhun Haşımov, Vasif Məmmədov, Elşən Məmmədov, Elxan Müslümov
Hakim-inspektor: Şakir Əmrahov
Dalğa Arena stadionu. Saat 19:30
"Simurq" – "Qarabağ"
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Müslüm Mövludov, Əli Əliyev
Hakim-inspektor: Ramiz Əliyev
Zaqatala şəhər stadionu. Saat 16:00
