Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “Nomme Kalyu” oyunundan sonra təmsilçimizin futbolçuları Rahid Əmirquliyev və Branimir Subaşiç heç-heçəyə münasibət bildiriblər. “Korner.az”ın Lənkərana ezam olunmuş əməkdaşının məlumatına görə, hər iki oyunçu bəxtsizlikdən gileylənib.
Rahid Əmirquliyev: “Bəxtimiz gətirmədi. Üçüncü qolu vura bilsəydik, hər şey başqa cür ola bilərdi. İlk qoldan sonra sınmadıq, amma təəssüf ki, ikinci qoldan sonrakı komanda ruhu haqda eyni sözü deyə bilməyəcəm. Növbəti tura ümidim çoxdu”.
Branimir Subaşiç: “Şans bu gün onların yanındaydiı Qaçırdığım qol imkanına görə üzgünəm, mənim səhvim idi. O anda ötürmə də edə bilərdim. Ümid edirəm ki, Estoniyada sərfəli nəticə qazanacağıq”.
