"Çox sevindim ki, "Xəzər Lənkəran"ın 6 xal silinmə qərarı ləğv edildi. FİFA əvvəlcədən niyə silirdi ki, bu xalı sonrada qaytara? "Xəzər Lənkəran" bu məsələdə haqlı olduğunu qərarın dəyişilməsi ilə sübut etdi".
Bu sözləri Korner.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Əfran İsmayılov deyib. Gənc yarımmüdafiəçi komandasının avrokuboklara getmə şansının azalmasına belə münasibət bildirib:
"Biz indi, "Xəzər Lənkəran"ın 6 xalının qaytarılmasına deyil, öz işimizə baxmalıyıq. Qarşıda çətin oyunlar var. Bu matçlarda maksimum nəticə göstərərək, avrokuboklara getmək istəyirik".