Premyer Liqanda çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “İnter” – “Bakı” matçında “İnter”in 5, “Bakı”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.
"Xəzər Lənkəran” – “Simurq” matçının 45-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Zahid Quliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində “Simurq”un futbolçusu Bəhram Bəhramzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
"Kəpəz” – “Neftçi” matçının 77-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elnur Soltanlı kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Azərbaycan I divizionunun XXIX turunun “Şuşa” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 47-ci dəqiqəsində MOİK klubunun futbolçusu Xətai Səyyadovla “Şuşa” klubunun futbolçusu Xəzər Qəribov bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub.
"MKT Araz” – “Energetik” oyununun 87-ci dəqiqəsində “Energetik”in Pərvin Mədətovla “MKT Araz” klubunun futbolçusu Ruhin Tağıyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub.
“Neftçala” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.