Premyer Liqanın IV turundan təxirə salınmış "Xəzər Lənkəran" – "Simurq" matçının artıq keçirilmə yeri müəyyənləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Georgi Çixradzenin komandası sentyabrın 20-də, saat 18:00-da Zaqatala şəhər stadionunda cənub klubunu qonaq edəcək.
Qarşılaşma İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq. XVI tur çərçivəsində keçiriləcək "Simurq" – "Xəzər Lənkaran" matçı isə Lənkəranda baş tutacaq.
Xatırladaq ki, "Xəzər Lənkəran"ın stadionunda U-17 qızlar arasında dünya çempionatına hazırlıq çərçivəsində yenidənqurma və abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq bu qarşılaşma təxirə salınmışdı.
