Premyer Liqanın gümüş mükafatçısı "Xəzər Lənkəran" iyunun 2-dən avrokubok hazırlığına start verir. Komandanın düşərgəsinə yeni futbolçu qoşulmayıb. Bu barədə Korner.az-a açıqlamasında "Xəzər Lənkəran"ın icraçı direktoru Höccət Hacıyev məlumat verib. Klub rəsmisi onuda bildirib ki, artıq komandadan hər hansı futbolçunun gedişi gözlənilmir:
"Hər hansı bir futbolçunu göndərə biləcəyimizi düşünmürəm. Çünki 6 futbolçu göndərmişik və qalanlar komandanın əsasını təşkil edir. Çox güman ki, bundan sonra heç bir futboçu "Xəzər Lənkəran"dan göndərilməyəcək".