Bu gwn "AZAL Arena"da "Xəzər Lənkəran" "Kəpəz"lə yoxlama oyunu keçirdib. Korner.az-ın məlumatına görə, oyunda altı qol vurulub. Cənub təmsilçisi Gəncə klubunu 4:2 hesabı ilə məğlub etdiyi matçda yeni transferlərdən Beto iki dəfə, Dialmas Salmas və Kazım Kazımlı hərəyə bir dəfə rəqib qapıçını məyus etməyi bacarıb. "Kəpəz"in heyətində isə Bəxtiyar Soltanov və Yuri Fomenko fərqlənib.
