Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Bakı", "Xəzər Lənkəran" və "İnter" klublarının artıq potensial rəqibləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, ölkə kubokunun qalibi "Bakı", Premyer Liqanın gümüş və bürünc mükafatçıları olan "Xəzər Lənkəran" ilə "İnter" səpələnmişlər səbətində olacağından, birinci təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alan nisbətən zəif komandalarla üz-üzə gələcək.
Ancaq klublarımız növbəti mərhələyə yüksəldikdə nisbətən daha çətin rəqiblə qarılaşacaq. Çünki klublarımız ikinci mərhələdə səpələnməmişlər sırasında yer alacaq ki, bu da bir qədər güclü rəqiblərlə qarşılaşmağa zəmin yaradacaq.
Qeyd edək ki, Avroliqanın ilkin təsnifat mərhələsinin püşkatması iyunun 25-də keçiriləcək.
Səpələnmişlər:
"Rusenborq" (Norveç), "Sarayevo" (Bosniya və Herseqovina), "Bohemians" (İrlandiya), "Kalmar" (İsveç), "Aktobe" (Qazaxıstan), "S.Patriks" (İrlandiya), "XƏZƏR LƏNKƏRAN" (AZƏRBAYCAN), "Stabek" (Norveç), "Qomel" (Belarus), "Elfsborq" (İsveç), "Yaqodina" (Serbiya), MYPA (Finlandiya), "Tirana" (Albaniya), "Lex" (Polşa), "Metallurq" (Rustavi, Gürcüstan), "Seniça" (Slovakiya), "Osijek" (Xorvatiya), "BAKI" (AZƏRBAYCAN), "Hafnarfyordur" (İslandiya), "Levadiya" (Estoniya), "Pünik" (Ermənistan), "Tvente" (Hollandiya), "Renova" (Makedoniya), "Daçiya" (Moldova), "Borak" (Bosniya və Herseqovina), "Metallurq" (Latviya), "Banqor Siti" (Uels), "Differdange" (Lüksemburq), "Honved" (Macarıstan), "Suduva" (Litva), "Olimpiya" (Sloveniya), "İNTER" (AZƏRBAYCAN), "Rudar" (Monteneqro), "Birkirkara" (Malta), "Streymur" (Farer adaları), "KuPS" (Finlandiya), "Şkendiya" (Makedoniya)
Səpələnməmişlər:
"Zimbru" (Moldova), "Ordabaşı" (Qazaxıstan), "Qrevenmaker" (Lüksemburq), JJK (Finlandiya), "Kliftonville" (Şimali İrlandiya), "Metallurq" (Skopye, Makedoniya), "Şiauliai" (Litva), "Torpedo" (Kutaisi, Gürcüstan), "Santa Koloma" (Andorra), MTK (Macarıstan), "Llanelli" (Uels), "Krusaders" (Şimali İrlandiya), "Şirak" (Ermənistan), "La Fiorita" (San Marino) "Jeunesse" (Lüksemburq), "Mura" (Sloveniya), "Eschen/Mauren" (Lixtenşteyn), "Celje" (Sloveniya), "Dauqava" (Latviya), "Flamurtari" (Albaniya), "Zeta" (Monteneqro), "Hibernians" (Malta), "Floriana" (Malta), "Jetisu" (Qazaxıstan), "Nomme" (Estoniya), "NSİ Runavik" (Farer adaları), "Portadaun" (Şimali İrlandiya), "Qandzasar" (Ermənistan), "Libertas" (San Marino) "Çelik" (Monteneqro), İBV (İslandiya), "Tor Akureyri" (İslandiya), "Narva" (Estoniya), "Teuta" (Albaniya), "Vikinqur" (Farer adaları), "Kefn Druids" (Uels),
