Kiyev "Dinamo"sunun baş məşqçisi Yuri Syomin “Xəzər Lənkəran”la yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlama verib. Korner.az-ın məlumatına görə, Ukrayna klubunun baş məşqçisi oyunla bağlı bunları deyib:
"Ümumilikdə oyundan razı qaldım. Əsas məsələ meydanı zədəsiz tərk etdik. Çünki "Xəzər Lənkəran" daha kobud oyun nümayiş etdirirdi. Bir gün öncəki yüklənməyə rəğmən, futbolçular kifayət qədər yaxşı təsir bağışladılar. Birinci hissədəki oyunumuz daha xoş təsir bağışladı. Biz, iki qoldan daha artığını vura bilərdik”.
