Vüsalın komandası səfərdə heç-heçə etdi
19.03.2022 , 15:17

Türkiyə I Liqasında XXIX tura start verilib.
Korneraz xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Ankara Keçiörengücü” açılış matçında səfərdə “İstanbulspor”un qonağı olub. Matç 1:1 hesabıyla bitib.
Vüsal İsgəndərli bu qarşılaşmanın iştirakçısı olmayıb.
“Ankara Keçiörengücü” 34 xalla 12-ci sıradadır.
