Volkan Demirelin yeni klubu məlum oldu
17.05.2024 , 23:30

“Antalyaspor”un baş məşqçisi Sergen Yalçın mövsümün sonunda komandadan ayrılacaq.
Korner.az xəbər verir ki, klub bu vəzifə üçün məşqçi axtarışlarına başlayıb.
Super Liqa təmsilçisi bu posta Volkan Demireli namizəd olaraq görür.
Tərəflər arasında razılığın olduğu və tezliklə keçidin baş tutacağı gözlənilir.
Xatırladaq ki, Volkan Demirel son olaraq “Hatayspor”u çalışdırıb.
