Volkan Dəmirəl yeni transferi açıqladı
15.06.2023 , 12:34

Transfer çalışmalarını davam etdirən “Hatayspor”un baş məşqçisi Volkan Dəmirəl yeni transferini açıqlayıb.
Korner.az xəbər verir ki, Dəmirəl İnstaqram hesabında isveçli hücumçu Karlos Strandberqlə bərabər olduğu fotonu paylaşaraq “Ailəmizə xoş gəlmisiniz” yazıb.
27 yaşlı Strandberq ötən mövsüm Qətər Liqası komandalarından biri olan “Əl-Sailiya”da 26 oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.
