"Neftçi"nin əzəli rəqibi "Xəzər Lənkəran"dan transfer etdiyi Julios Vobay fərdi məşqlərə başlayıb.
Korner.az-ın əldə etdiyi məlumata görə, Syerra-Leoneli futbolçu adı açıqlanmayan başqa bir qaradərlli futbolçu ilə məşqə başlayıb.
Oyun praktikasından əziyyət çəkən və Böyükağa Hacıyevin xüsusi hazırladığı məşq proqramını yerinə yetirən Vobay, ÇL-ı təsnifat mərhələsində özünü yaxşı tərəfdən göstərə bilmək üçün əlindən gələni edir.
Qeyd edək ki, "Neftçi" komandası hal-hazırda istirahətdədir.
