"Oyun çətin keçdi. “Neftçi”ni təbrik etmək istəyirəm. Biz qələbə qazanmağa borclu idik. Amma rəqib yaxşı müdafiə olundu. Kobud səhvlər buraxmadılar".
Korner.az-ın məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Verçezoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edərkən deyib.
Böyükağa Hacıyevin "Biz bir xal qazanmadıq, iki xal itirdik. Siz bununla razısınız?" sualına "Partizan"ın baş məşqçisi belə cavab verdi:
"Bu gün qol vurmaq üçün kifayət qədər imkanımız oldu. Komandama heç bir iradım yoxdu. Biz yaxşı oynadıq. Başa düşmürəm, Hacıyev niyə elə hesab edir ki, “Neftçi” iki xal itirdi. Hər halda hava şəraiti də oyuna təsirsiz ötüşmədi”.
