“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası Portuqaliyada keçirilən beynəlxalq IBERCUP-2012 turnirindəki çıxışını dayandırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qrup mərhələsini məğlubiyyətsiz adlayan təmsilçimiz 1/8 final mərhələsində İspaniya “Vilyareal”ı ilə qarşılaşıb.
Matç ispanların 7:0 hesablı qələbəsi ilə tamamlanıb. Bununla da, “Qəbələ” 1/4 finala çıxmaq şansını itirib və turnirdəki çıxışını başa vurub. İyulun 1-i vətənə dönəcək komanda keçirəcəyi yoldaşlıq oyunu ilə Portuqaliya səfərini yekunlaşdıracaq.
