AVRO-2012-də B qrupunda çıxış edən və oynadığı 3 oyunun hamsında məğlub olan Hollandiyanın təcrübəli yarımmüdafiəçisi Rafael Van Der Vart Portuqaliya matçından sonra maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, turnir boyunca həddən artıq pis oyun göstərdiklərini vurğulayan Van der Vart, bunları deyib:
"Çox pis oynadıq. Ona görə də AVRO-2012 haqqımız deyildi. Azarkeşlərimiz də çox üzüldülər. Danimarkaya məğlub olduqdan sonra işimizin çətinləşdiyindən xəbərdar idik. İndi hər şeyə başdan başlamalıyıq".
