"Milan"ın prezidenti Adriano Qaliyani bu mövsüm klubdan ayrılan futbolçular haqda danışıb.
Korner.az-ın məlumatına görə, klub prezidenti Alessandro Netsa, Cennaro Qatuzzo, Filipo İnzaqi, Klaren Sidorf və Mark Van Bommel kimi futbolçuların komandadan ayrılmasını dövrün başa çayması kimi qələmə verib. Bu barədə klubun rəsmi saytıa açıqlama verən Qaliyanı bunları deyib:
"Ayrılan futbolçular üçün darıxacağıq. "Milan"ın bu səviyəyə çatmasında onların əməyi danılmazdır. Bu futbolçuların "Milan"dan ayrılması bir dövrün başa çatması deməkdir.Van Bommeli çıxmaq şərti ilə digər futbolçular "Milan"a can yandırıblar. Ancaq ki onun da əməyini yerə vura bilmərik. 1 İl bizimlə olmasına baxmayaraq böyük işlər bacardı".