“Valensiya” baş məşqçisini göndərdi
30.06.2020 , 17:30
“Valensiya” baş məşqçisi Albert Seladeslə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə La Liqa klubun rəsmi saytı məlumat yayıb.
44 yaşlı mütəxəssis 2019-cu ilin sentyabrından “Valensiya”nı çalışdırırdı.
“Valensiya” hazırda 46 xalla 8-ci pillədə qərarlaşıb.