“Qarabağ” “Dinamo”ya məğlub oldu
28.08.2024 , 22:40
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçına çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dinamo” ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Ağdam klubu 0:2 hesabı ilə məğlub olub.
Bununla da “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb.
Azərbaycan təmsilçisi yolunu Avropa Liqasının liqa mərhələsində davam etdirəcək.
Qeyd edək ki, “Qarabağ” ilk görüşdə “Dinamo”ya 0:3 hesabı ilə uduzmuşdu.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
28 avqust
20:45 “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:2
Qol: Marko Pyaça, 33, Mateus Silva, 54-avtoqol
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun 0:3
Tofiq Bəhramov adına Respublika stadionu.