Volkan Demirel imza atmadı
26.09.2024 , 16:15
Volkan Demirellə danışıqlar aparan “Adana Demirspor” heç bir nəticə əldə edə bilməyib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, klub rəhbərliyi mütəxəssislə bir neçə dəfə görüşsə də, problemləri həll edə bilmədiyi vurğulanıb.
Tərəflər bir-biri ilə işləmək istəyində olsalar da, sözləşmə prosesində ortaq məxrəcə gəlmədikləri üçün razılaşmayıblar.
Hələlik baş məşqçi Serkan Damla ilə yola davam edəcək “Adana Demirspor”, siyahısındakı digər məşqçilər – Levent Şahin və Hakan Keleşlə masa arxasına keçəcək.