İllərdi "Milan"ın formasını geyinən Klarens Zeedorf klubdan getdiyini bəyan edib. Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçu harda oynayacağını açıqlamayaraq bunun bir neçə günə bəlli olacağını deyib.
Qeyd edək ki, Klarens Zeedorf “Milan”la 2002-ci ildə müqavilə bağlayıb. O, İtaliya çempionatında 300 oyuna 47 qol vurub. Zeedorf iki dəfə A seriyası, ölkə superkuboku və Çempionlar Liqasının, 1 dəfə İtaliya Kuboku və klublararası dünya çempionatının qalibi olub. Hollandiyalı yarımmüdafiəçi yeganə futbolçudur ki, 3 müxtəlif komanda ilə Çempionlar Liqasını qazanıb. Bunlar “Milan”dan əlavə Hollandiya “Ayaks”ı ilə İspaniya “Real Madrid”idir. Zeedorf İtaliya “Sampdoriya”sı və “İnter”ində də çıxış edib, Hollandiya yığmasında 87 oyuna 11 qol vurub.
