"Kim mənə oyun alqı-satqısı təklif etsə hənim adamın üzünə tüpürərəm"
Türkiyədə danışılmış oyunlarla bağlı söz-söhbətlər dayanmaq bilmir.
Korner.az-ın məlumatına görə, oyun alqı-satqısı ilə ədliyyədə hakimin suallarını cavablandıran köhnə futbolçu Ümid Karan maraqlı açıqlamalar verib. Məhkəmənin: "Nə üçün "Trabzonspor" qarşılaşmasında Sezər Öztürkə ötürmə etmədin?" – sualını Karan bu cür cavablandırıb.
"Mən böyük "Qalatasaray" azarkeşiyəm Həmin epizotda özüm irəliləmək istədim. "Fənərbağça"nın da çempion olmağını istəmirdim. Ancaq bu mənim "şike" etməyim mənasını verə bilməz. Kimsə mənə oyun alqı-satqısı təklif etsə həmin adamın üzünə tüpürərəm".
