Ulduz qolkiper ərəblərin hədəfində
24.05.2024 , 14:50

“Atletiko”nun qolkiperi Yan Oblak mövsüm sonunda komandasını tərk edəcək.
Korner.az xəbər verir ki, qapıçı karyerasını Səudiyyə Ərəbistanı klubunda davam etdirmək fikrindədir.
Onunla “Əl-Nəsr”in yaxından maraqlandığı və qolkiperə təklif göndərildiyi bildirilib.
Ərəblər bu keçid üçün “Atletiko”ya 30 milyon avro ödəməlidir.
Qolkiper 2014-cü ildən İspaniya klubunun qapısını qoruyur.
