Ulduz oyunçunun yeni klubu məlum oldu
30.05.2024 , 23:38

Ulduz futbolçu Anxel Di Mariyanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, oyunçu karyerasını ABŞ-da davam etdirəcək.
“Benfika” ilə müqaviləsi başa çatan 36 yaşlı futbolçu “İnter Mayami” ilə razılaşıb.
Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
