Ulduz oyunçu ərəblərin hədəfində
30.04.2024 , 14:27

“Mançester Siti”nin oyunçusu Kevin De Bruyne ərəblərin transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, ulduz futbolçu ilə Səudiyyə Ərəbistanın “Əl-İttihad” və “Əl-Hilal” klubları maraqlanır.
Hər iki klub mövsümün sonunda İngiltərə təmsilçisinə rəsmi təklif göndərməyi planlaşdırır.
Amma “şəhərlilər” futbolçusunu satmaq fikrində deyil.
