Məsuliyyətsiz avtomobil idarə etməsi səbəbindən 250 saatlıq cəmiyyət xidməti cəzası alan "Mançester Siti"nin argentinalı ulduz futbolçusu Karlos Tevez Britaniya mətbuatının manşet xəbəri oldu.
Korner.az-ın məlumatına görə, məhkəmə tərəfindən qərarlaşdırılan bölgəyə Tevez "Porşe" markalı avtomobili ilə gedərək verilən qərara riayət edib. Belə ki, məhkəmə tərəfindən Tevezlə birgə həmin bölgəyə göndərilən məhkəmə icraçısı ulduz futbolçunun başının üstündə durub və oyunçu həmin ərazini təmizləyənədək onunla birgə olub.
