Ulduz futbolçu onu fərqləndirdi
21.02.2024 , 22:12

“Real”ın sabiq futbolçusu Eden Azar birlikdə oynadığı ən yaxşı oyunçuları açıqlayıb.
Korner.az xəbər verir ki, ulduz oyunçu Modriç, Kərim Benzema, Frenk Lempard, Xuan Mata, Kevin de Bruyne kimi oyunçuların adını çəkib.
O, ən yaxşılar arasında Kakutanı isə fərqləndirib:
“Ancaq biri var ki, xüsusi fərqləndirməliyəm. Çox istedadlı oyunçu soruşdunuz, mənə görə, bu, Kakutadır. O, istedad baxımından “bir nömrə”dir”.
