Ukrayna Futbol Federasiyasının prezidenti Anatoli Konkov onun istefa verməsi üçün Futbol evində keçirilmiş mitinqə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, Konkov mitinq iştirakçıların futbola heç bir aidiyyətlərinin olmadığını deyib.
“Onların futbola heç bir dəxli yoxdu, heç ultraslığa da. Onların kim olduqlarını yaxşı bilirik. Mitinq keçirmələri üçün onlara 60 min pul verilib”, – deyə Konkov bildirib.