UEFA-nın Stadion ve Təhlükəsizlik Komitəsinin üzvü Jean-Francois Crucke Bakıda səfərdədir. Korner.az-ın məlumatına görə, səfər proqramı çərçivəsində UEFA nümayəndəsi Tofiq Bəhramov adına Respublika və AFFA tərəfindən Bayıl və 8-ci km qəsəbələrində inşa olunan stadionların inspeksiyasını aparacaq. Sonda baxış keçirilmiş stadionlara UEFA tərəfindən kateqoriyalar veriləcək.
