UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi
26.07.2018 , 11:36
![](https://korner.az/wp-content/uploads/2018/07/Kukesi-qarabağ.jpg)
Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın reytinqi açıqlanıb.
Azərbaycanın mövqeyi dəyişməz qalıb. Albaniyada “Kukesi” ilə qolsuz heç-heçə edən “Qarabağ” reytinqimizə 0.125 xal qazandırıb. 17.875 xalla ölkəmiz 22-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Polşanın 18.125 xalı var. 23-cü pillədə olan Belarusun 17.750 xalı var.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)