Ölkəmizdə 2016-ci ildə təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının təşkilati işləri ilə bağlı UEFA nümayəndələri Bakıda səfərdədi.
Korner.az-ın məlumatına görə, səfər çərçivəsində qonaqlar bu gün “Əlincə” klubunun təlim-məşq bazası ilə tanış olub və “ağ-narıncılar”ın stadionuna baxış keçiriblər.
Paytaxt təmsilçisinin icraçı direktoru Ceyhun Abbasov qonaqlara klub infrastrukturu ilə bağlı məlumat verərək, meydançalara baxış zamanı onları müşayiət edib.