Ölkəmizi avrokuboklardakı yeganə təmsilçisi olan "Neftçi"nin Kiprin APOEL klubu ilə oyunlarının yeri dəyişdirilib. Korner.az-ın məlumatına görə, UEFA ilk oyunu səfərdə keçirməli olan klubumuzun ilk oyununu paytaxta salıb. Qrum avqustun 23-də ilk matçını evdə, 30-da cavab oyununu səfərdə keçirəcəyini göstərib.
Lakin onu qeyd edək ki, dünən atılan püşkə əsasən ilk oyunu "Neftçi" səfərdə keçirməli idi.
Qeyd edək ki, “Neftçi”nin bundan əvvəl çıxış etdiyi Çempionlar Liqasında “Zestafoni” ilə ilk oyunu evdə, bundan sonra “Hapoel”lə səfərdə olmuşdu.
