Ölkəmizi Çempionlar Liqasında və Avropa Liqasında təmsil edəcək klublarımızın iştirak ərizələrini UEFA-ya təqdim edəcəyi tarixlər açıqlanıb. Korner.az-ın məlumatına görə, qrum bunun üçün iyunun 25-dən iyulun 12-dək müddət ayırıb.
Bu müddət ərzində klublarımız öz iştirak ərizələrini qitə futbol qurumuna təqdim etməlidilər. İlk olaraq “İnter”, “Xəzər Lənkəran” və “Bakı” öz iştirak ərizəsini təqdim edəcək. Daha sonra isə Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi” öz oyunçularının siyahısını UEFA-ya göndərəcək.
UEFA-nın qaydalarına görə, iştirak ərizəsinndə 24 oyunçunun adı olmalıdı. Onlardan yalnız birinin adını oyuna bir gün qalmış da sifariş etmək mümkündü.
