Bu gün UEFA-nın NİK-i Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya-Albaniya görüşünün yenidən oynanılması ilə bağlı qərarı açıqlayacaq.
Korner.az-ın məlumatına görə serblər bundan sonra AVRO-2016-nın bütün ev oyunlarını boş tribunalar önündə keçirəcəklər.
Xatırladaq ki, Albaniya ilə oyunun 42-ci dəqiqəsində görüş dayandırılmışdı. Həmin oyun neytral meydanda keçiriləcək.