UEFA-dan Şahruddinin klubuna sərt cəza
17.05.2024 , 23:50

UEFA Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor”a 1 mövsümlük avrokubok qadağası qoyub.
Korner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Adana təmsilçisinin 90 gündən çox gecikmiş və ödənməmiş borcları olub.
Şahruddinin komandası qarşıdakı üç mövsümdə (2024/25, 2025/26 və 2026/27) avrokuboklara vəsiqə qazanacağı təqdirdə, UEFA-nın klub yarışında iştirak edə bilməyəcək.
