UEFA-dan milli komandalara şad xəbər
03.05.2024 , 23:17

UEFA İcraiyyə Komitəsi Avro-2024-də iştirak edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib.
Korner.az xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər.
Bildirilib ki, iştirakçılar iyunun 7-dək heyət siyahılarını UEFA-ya təqdim etməlidir.
AVRO 2024-ün final görüşləri iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
