big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

UEFA-dan inqilabi qərar

03.12.2018 , 13:15

UEFA 2021-2024-cü illər üçün klublararası üçüncü turnirin yaradıldığını təsdiqləyib.

Bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin dünən keçirilən iclasında qəbul edilib.

UEFA hələlik turnirə yeni ad verməyib. Amma şərti olaraq Avropa Liqası-2 (UAL-2) adlanan yeni turnir Çempionlar Liqası və Avropa Liqasındakı sxemlə keçiriləcək. Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 komanda olmaqla, 8 qrupa bölünəcəklər. Daha sonra 1/8 final, 1/4 final, yarımfinal və final olacaq. 1/8 final öncəsi əlavə pley-off matçları keçiriləcək. Həmin oyunlarda UAL-2 qruplarında 2-ci yeri tutmuş klublarla Avropa Liqası qruplarında 3-cü yerin sahibləri qarşılaşacaqlar.

UAL-2-də 15 oyun günündə 141 qarşılaşma keçiriləcək. Bu yeni turnirin qalibi növbəti mövsümdə Avropa Liqasına vəsiqə qazanacaq. Oyunlar Avropa Liqasında olduğu kimi, həftənin 4-cü günləri keçiriləcək. Bütün klub turnirlərinin final oyunları eyni həftədə – çərşənbə (UAL-2), cümə axşamı (Avropa Liqası) və şənbə (Çempionlar Liqası) günləri keçiriləcək.

Yeni turnir qrup mərhələsində azı 34 (hazırda minimum 26-dır) milli assosiasiyanın avrokuboklarda təmsil olunmasını təmin edəcək və bütün ölkələrin klublarına açıq olacaq. Bütün assosiasiyalar indiki say kvotalarını saxlayacaqlar.

2021-2024-cü illərdə Avropa Liqasının formatı yeni turnirin formatına uyğun olacaq. Yəni 1/8 final öncəsi əlavə pley-off raundu tətbiq olunacaq. Burada Avropa Liqası qruplarının ikinci yeri tutanlarla Çempionlar Liqası qruplarının üçüncüləri qarşılaşacaqlar. Çempionlar Liqası formatında isə dəyişiklik olmayacaq.

Yeni yaradılan turnir klublarımızın avrokuboklardakı çıxışına da təsir edəcək. Əgər 2019-2020 mövsümündə təmsilçimiz Çempionlar Liqasının ilk təsnifat mərhələsində uğursuzluqla üzləşsə, əvvəlkitək kimi Avropa Liqasında deyil, UAL-2-nin 2-ci təsnifat mərhələsində mübarizə aparacaq. Burada UAL-ın 1-ci təsnifat mərhələsinin qalibləri və ÇL-in ilk təsnifat mərhələsində mübarizəni dayandıranlar üz-üzə gələcək. Yəni Azərbaycan çempionu ilk mərhələdə uduzsa, UAL-2-nin qrupuna düşmək üçün 3 mərhələ keçilməlidir.

Əgər Azərbaycan çempionu ÇL-in 2-ci təsnifat mərhələsini keçə bilməsə, o zaman Avroliqanın 3-cü təsnifat mərhələsində Çempionlar yolunda mübarizəni davam etdirəcək. Təmsilçimiz Avroliqanın 3-cü təsnifat mərhələsini keçib, pley-off-a yüksəlsə, UAL-2-nin qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Azərbaycan çempionu ÇL-in 3-cü təsnifat mərhələsində mübarizəni dayandırsa, Avroliqanın pley-offuna düşəcək. Burada uğurlu nəticə Avroliqanın, uğursuz nəticə isə UAL-ın qrup mərhələsinə vəsiqə verəcək.

Nəhayət, Azərbaycan çempionu ÇL-in pley-off mərhələsində uduzsa, əvvəlki kimi Avroliqanın qrup mərhələsində mübarizəni davam etdirəcək. (qol.az)

Son yazılar

To Top