Türkiyənin "Beşiktaş" klubu UEFA Nizam-İntizam Komitəsi tərəfindən cəzlandırılıb. Korner.az-ın məlumatına görə, qrum " qara qartal"a ciddi cəza verməyib. Belə ki, Komitə türk klubunu 500 min avro cərimələyib.
Buna klubun Avropa futbol qurumunun lisenziyalaşdırma və maliyyə “feyr-pley”i qaydalarına əməl etməməsi səbəb olub.
“Qara qartallar” 2011-ci il iyunun 30-dan sentyabrın 30-dək mövcud təlimatlara əməl etməmə ehtimalı ilə məsuliyyətə cəlb ediliblər. Kluba qarşıdakı 3 il ərzində vəsiqə qazanacağı növbəti Avropa kuboklarından məhrum etmə cəzası verilə bilərdi. Lakin yeni prezident Fikrət Orman cəzanın yüngülləşdirilməsinə nail olub.
“Beşiktaş” cərimə ilə yanaşı, oxşar hallar təkrarlanacağı təqdirdə, növbəti 5 il ərzində 2 dəfə Avropa kuboklarına qatılmaqdan məhrum edilə biləcəyinə dair xəbərdarlıqla canını qurtarıb.
