Bu həftə "Bakı" futbol klubunun İnternet televiziyası bu həftə 3 oyunu canlı yayımlayacaq. Korner.az-ın məlumatına görə, futbol azarkeşləri ilk olaraq cümə axşamı (3 may 2012) U-16 komandasının oyununu izləyə biləcəklər. Adıçəkilən qarşılaşma "Bakı" futbol klubunun təlim-məşq bazasında baş tutacaq. İnamla çempionluğa addımlayan U-16 komandasının rəqibi "Vətən" olacaq.
Cümə günü klub TV-nin proqramında U-17 komandasının oyunu var. Hazırda turnir cədvəlinin ikinci sırasında yer alan və çempionuq mübarizəsi aparan komanda səfərdə "Qarabağ"la qarşılaşacaq.
Şənbə günü isə sıra A komandasına çatacaq. Komanda Premyer Liqanın XXXI turunda "Neftçi"ni qəbul edəcək. "Bakı" futbol klubunun internet televiziyasının həftəlik proqramı:
3 may 2012. 15.00 Bakı -:- Vətən (U-16)
4 may 2012. 14.00 Qarabağ -:- Bakı (U-17)
5 may 2012. 15.30 Bakı -:- Neftçi
