"Arsenal"ın sabiq futbolçularından olan Tyeri Anri karyerasının gələcək illərində baş məşqçi ola biləcəyini vurğulayıb. Korner.az-ın məlumatına görə, hal-hazırda Amerikanın "Nyu Yor Red Bulls" klubunun formasını geyinən Anri yaxın illərdə çalışdırıcı kimi işləyə biləcəyini deyib.
"Yaxşı baş məşqçi ola bilərəmmi?! bunu deyə bilmərəm. Ancaq yaxın illərdə belə bir düşüncəm var. Futbolun içərisində qalmaq istəyirəm. Hər kəs mənim "Arsenal"ı nə qədər çox sevdiyimi bilir. Bir gün sabiq klubumu çalışdırmaq ən böyük xəyalımdır."