"Mən Kamranın hər açıqlamasına şərh vermək istəmirəm". Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Cənub klubunun rəsmisi Kamran Ağayevin Azərbaycan – İsrail oyunundan sonra verdiyi: "Mənə qoyulan transfer məbləğinə klub saxlamaq olar" – açıqlamasına qarşılıq Nadirov bunları bildirib:
"Kamran bizim futbolçudu. Müqavilə ilə bizə məxsusdu. Komandada məşq etmək borcudu. Mən klubun vitse-prezidentiyəm və futbolçunun hər açıqlamasına şərh vermək istəmirəm".
