Tuxel üçün vacib görüş
04.03.2024 , 22:11

“Bavariya”nın Çempionlar Liqasının 1/8 final mərhələsində “Latsio” ilə cavab oyunu Tomas Tuxel üçün əsas matçdır.
Korner.az xəbər verir ki, görüş mütəxəssis üçün “Bavariya”nın baş məşqçisi kimi sonuncu oyunu ola bilər.
Belə ki, klubu rəhbərliyi komandanı Çempionlar Liqasının 1/4 finalına çıxara bilməyəcəyi təqdirdə baş məşqçi ilə yollarını ayıracaq.
